"Arsenal" intizamsız futbolçusunu "Barselona"ya təklif edib

"Arsenal" intizamsız futbolçusunu "Barselona"ya təklif edib İngiltərə "Arsenal"ı aparıcı futbolçusu Pyer-Emerik Obameyanqı İspaniya "Barselona"sına təklif edib.
Futbol
24 Dekabr , 2021 00:04
Arsenal intizamsız futbolçusunu Barselonaya təklif edib

İngiltərə "Arsenal"ı aparıcı futbolçusu Pyer-Emerik Obameyanqı İspaniya "Barselona"sına təklif edib.

"Report" "Daily Express" nəşrinə istinadən xəbər verir ki, London təmsilçisi qabonlu hücumçunu Kataloniya klubunda çıxış edən braziliyalı yarımmüdafiəçi Filippe Koutinyo ilə dəyişmək niyyətindədir.

"Topçular" intizamsızlığa görə əsas komandadan kənarlaşdırılan və kapitanlıqdan məhrum edilən 32 yaşlı forvardı qış fasiləsində satmağı planlaşdırır. Komandanın baş məşqçisi Mikel Arteta da oyunçunun Koutinyo ilə dəyişdirilməsinə qarşı deyil.

Qeyd edək ki, Pyer-Emerik Obameyanq bu mövsüm "Arsenal"ın heyətində 15 oyun keçirib. Futbolçu bu matçlarda 7 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.

Son xəbərlər

Orphus sistemi