"Arsenal" İngiltərə Premyer Liqasını tərk etsə, futbolçularını cəzalandıracaq  

"Arsenal" İngiltərə Premyer Liqasını tərk etsə, futbolçularını cəzalandıracaq   Əgər "Arsenal" komandası mövsümün nəticəsinə görə İngiltərə Premyer Liqasını tərk etsə, klubun futbolçuları əmək haqqlarının ciddi şəkildə azaldılması problemi ilə qarşılaşa bilərlər.
Futbol
702
22 Dekabr , 2020 08:32
Arsenal İngiltərə Premyer Liqasını tərk etsə, futbolçularını cəzalandıracaq   

Əgər "Arsenal" komandası mövsümün nəticəsinə görə İngiltərə Premyer Liqasını tərk etsə, klubun futbolçuları əmək haqqlarının ciddi şəkildə azaldılması problemi ilə qarşılaşa bilərlər.

“Report”un məlumatına görə, bu barədə “Daily Mail” bildirib.

Qeyd edilir ki, bu halda futbolçuların maaşlarının ixtisarı 25 % təşkil edəcək.

"Arsenal" 14 görüşdə 14 xal yığıb və İngiltərə Premyer Liqası 2020/2021 mövsümünün yarış cədvəlində 15-ci yer tutur. Komandanı liqanı tərk etmə təhlükəsindən 4 xal ayırır.

Turnirin lideri 31 xalı olan "Liverpul"dur. İlk üçlüyə həmçinin 26 xalı olan "Everton" və 25 xalla "Tottenhem Hotspur" da daxildir.

"Arsenal" əvvəlki turda "Everton"a uduzub. Komanda İngiltərə çempionatının növbəti turunda "Çelsi"ni qəbul edəcək. Matç dekabrın 26-da Londonda keçiriləcək.

Son xəbərlər

Orphus sistemi