"Arsenal"ın sabiq baş məşqçisi La Liqa klubuna rəhbərlik edəcək

"Arsenal"ın sabiq baş məşqçisi La Liqa klubuna rəhbərlik edəcək İngiltərənin "Arsenal" klubunun baş məşqçisi Unay Emerinin yeni klubu bəlli olub.
Futbol
20 İyul , 2020 15:09
Arsenalın sabiq baş məşqçisi La Liqa klubuna rəhbərlik edəcək
Unay Emeri

İngiltərənin "Arsenal" klubunun sabiq baş məşqçisi Unay Emerinin yeni iş yeri müəyyənləşib.

"Report" "Marca"ya istinadən xəbər verir ki, 49 yaşlı mütəxəssis İspaniya "Vilyarreal"ının baş məşqçisi olacaq.

İspaniyalı baş məşqçi ilə müqavilənin detalları razılaşdırılıb. Tezliklə sözləşmənin imzalanacağı gözlənilir. Emeri bu postda Xavyer Kalyexanı əvəzləyəcək.

Qeyd edək ki, Unay Emeri 2018/2019 mövsümündə "Arsenal"da işləyib. O daha əvvəl İspaniyada "Sevilya"nın baş məşqçisi olub və bu komanda ilə 3 dəfə Avropa Liqasını qazanıb. Emeri 2019-cu ildə "Arsenal"la Bakıda keçirilmiş Avropa Liqasının finalında Londonun digər klubu "Çelsi"yə 1:4 hesabı ilə uduzub.

Son xəbərlər

Orphus sistemi