"Arsenal"ın qapıçısı: "Neftçi" ilə oyunda konsentrasiya çatışmazlığı yaşadıq"

"Arsenal"ın qapıçısı: "Neftçi" ilə oyunda konsentrasiya çatışmazlığı yaşadıq" “Rəqib ilk hissənin sonundakı anlaşılmaz səhvimiz istisna olmaqla, demək olar, heç bir imkan yaratmadı. Amma nədənsə fasilə ərəfəsində konsentrasiya çatışmazlığı yaşadıq.
Futbol
26 İyul , 2019 12:40
Arsenalın qapıçısı: Neftçi ilə oyunda konsentrasiya çatışmazlığı yaşadıq

“Rəqib ilk hissənin sonundakı anlaşılmaz səhvimiz istisna olmaqla, demək olar, heç bir imkan yaratmadı. Amma nədənsə fasilə ərəfəsində konsentrasiya çatışmazlığı yaşadıq".

"Report" xəbər verir ki, bunu UEFA Avropa Liqasının II təsnifat mərhələsinin ilk oyununda "Neftçi"yə evdə 0:1 hesabı ilə uduzan Rusiyanın "Arsenal" (Tula) klubunun qapıçısı Mixail Levaşov deyib.

Qolkiper hissənin son dəqiqəsində qol buraxmağın üzüntüsünü yaşadığını bu sözlərlə ifadə edib: "Qol buraxdığımız epizodda, məncə, uzaq küncdəki oyunçunu nəzarətsiz qoyduq. Hamı ötürmənin ünvanlandığı mərkəzdəki oyunçuya diqqət yetirdi. Elə mən də onun üzərinə şığıdım, rəqiblə toqquşdum, top isə uzaq dirəyə doğru diyirləndi. Hücumu mərkəzdə dayandırmaq lazım idi, çünki hissənin son dəqiqəsi gedirdi".

Qeyd edək ki, avqustun 1-də "Bakcell Arena"da keçiriləcək cavab görüşü saat 21:00-da başlanacaq. 

Son xəbərlər

Orphus sistemi