"Arsenal"ın müdafiəçisi millimizlə matça dəvət aldı

"Arsenal"ın müdafiəçisi millimizlə matça dəvət aldı 21 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsində Azərbaycanın müvafiq yaş qrupundan ibarət millisi ilə qarşılaşacaq Fransa yığmasının heyəti açıqlanıb.
Futbol
27 Avqust , 2020 17:22
Arsenalın müdafiəçisi millimizlə matça dəvət aldı
Matteo Genduzi

21 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsində Azərbaycanın müvafiq yaş qrupundan ibarət millisi ilə qarşılaşacaq Fransa yığmasının heyəti açıqlanıb. 

"Report"un məlumatına görə, baş məşqçi Silven Ripol siyahıya 3 qapıçı, 8 müdafiəçi, 7 yarımmüdafiəçi, 5 hücumçu əlavə edib. 

Heyətdə İngiltərənin "Arsenal" klubunun müdafiəçisi  Matteo Genduzi də var. 

Qapıçılar: Dimitri Berto (Monpelye), Alban Lafont (Nant), İllan Meslier (Lids, İngiltərə);

Müdafiəçilər: Benua Badiaşile ("Monako"), Melvin Bard ("Lion"), Kolin Daqba (PSJ), Bafode Diakite ("Tuluza"), Bubakar Kamara ("Marsel"), Jül Kunde ("Sevilya", İspaniya), Krist-Emanuel Faytout Maoussa ("Renn"), Obite Evan Ndiçka ("Ayntraxt", Almaniya);

Yarımmüdafiəçilər: Maksen Kaquere ("Lion"), İbrahima Diallo ("Brest"), Matteo Genduzi ("Arsenal", İngiltərə), İmran Louza ("Nant"), Arno Nordin ("Sent-Etyenn"), Ceff Peyn-Adelaid ("Lion"), Bubakari Soumare ("Lill");

Hücumçular: Mussa Diabi ("Bayer", Almaniya), Erik Dina Ebimbe ("Dijon"), Amine Qouiri ("Nitsa"), Brayan Mbeumo ("Brentford", İngiltərə), Odson Eduard ("Seltik", Şotlandiya).

Qeyd edək ki, U-21-in Fransa ilə matçı Sumqayıtdakı "Kapital Bank Arena"da keçiriləcək. Qarşılaşma saat 21:00-da start götürəcək. 

Son xəbərlər

Orphus sistemi