"Arsenal"ın məşqçisinin evi soyulub, həyat yoldaşı xəsarət alıb

"Arsenal"ın məşqçisinin evi soyulub, həyat yoldaşı xəsarət alıb Rusiya millisinin sabiq futbolçusu və Tula Arsenalının məşqçisi İqor Semşovun evi qarət olunub.
Futbol
30 Sentyabr , 2019 12:31
Arsenalın məşqçisinin evi soyulub, həyat yoldaşı xəsarət alıb

Rusiya millisinin sabiq futbolçusu və Tula "Arsenal"ının məşqçisi İqor Semşovun evi qarət olunub.

"Report" Teleqram kanalına istinadən xəbər verir ki, hadisə sentyabrın 29-na keçən gecə baş verib. Dörd maskalı şəxs 41 yaşlı mütəxəssisin Moskvanın Maslovo kəndindəki evinə girib. 

Həmin an evdə sabiq yarımmüdafiəçinin həyat yoldaşı Larisa və uşaqları olub. Səs-küy eşidən qadın birinci mərtəbəyə düşdükdə tapança və dəmir çubuqlarla silahlanmış soyğunçularla rastlaşıb. Onları qovmağa cəhd uğursuzluqla nəticələnib və cinayətkarlardan biri qadını vurub.

Soyğunçuluq nəticəsində Semşovun evindən bir neçə brilyant və qızıl qol saatları oğurlanıb. Məşqçiyə dəyən ümumi zərər 20 milyon rubl təşkil edib. 

Qeyd edək ki, İqor Semşov 2018-ci ildən "Arsenal"da məşqçilər korpusunda yer alıb. Tula komandası bu mövsüm UEFA Avropa Liqasının II təsnifat mərhələsində "Neftçi"yə uduzaraq (0:1, 0:3) mübarizəni dayandırıb. 

Son xəbərlər

Orphus sistemi