"Arsenal"ın hücumçusu "Barselona"ya keçməyə razılıq verib

"Arsenal"ın hücumçusu "Barselona"ya keçməyə razılıq verib İngiltərə Arsenalının futbolçusu Pyer-Emerik Obameyanq qış transfer pəncərəsində komandanı tərk edə bilər.
Futbol
155
23 Yanvar , 2020 12:21
Arsenalın hücumçusu Barselonaya keçməyə razılıq verib

İngiltərə "Arsenal"ının futbolçusu Pyer-Emerik Obameyanq qış transfer pəncərəsində komandanı tərk edə bilər.

"Report" "Mundo Deportivo"ya istinadən xəbər verir ki, 31 yaşlı hücumçu ilə İspaniya "Barselona"sı maraqlanır. Kataloniya təmsilçisinin forvardı Luis Suares zədə səbəbindən kənarda qalıb. O, yalnız bu mövsümün sonunda yaşıl meydanlara qayıda bilər. Klub bu səbəbdən Suaresə əvəzedici axtarır.

Obameyanq "Barselona"ya keçməyə razılıq versə də, London klubu qabonlu oyunçu ilə yollarını ayırmaq istəmir. Futbolçu "Barselona"ya  getmək istədiyini bildirsə, anlaşma ehtimalı artacaq.

Qeyd edək ki, Pyer-Emerik Obameyanqın "Arsenal"la müqaviləsi 2021-ci ilin yayında başa çatır. 

Son xəbərlər

Orphus sistemi