"Arsenal"ın futbolçusu koronavirusa yoluxduğu üçün millinin oyununu buraxıb

"Arsenal"ın futbolçusu koronavirusa yoluxduğu üçün millinin oyununu buraxıb İsveçrə millisinin futbolçusu Qranit Caka koronavirusa yoluxub.
Futbol
366
2 Sentyabr , 2021 12:09
Arsenalın futbolçusu koronavirusa yoluxduğu üçün millinin oyununu buraxıb
Qranit Caka

İsveçrə millisinin futbolçusu Qranit Caka koronavirusa yoluxub.

"Report" "Sky Sports"a istinadən xəbər verir ki, İngiltərə "Arsenal"ından yığmaya dəvət alan 29 yaşlı yarımmüdafiəçi bu səbəbdən Yunanıstanla yoldaşlıq matçını buraxıb.

O, bu gün növbəti dəfə test verəcək. Cakanın İtaliyaya qarşı 2022-ci il dünya çempionatının seçmə oyununda da iştirakı sual altındadır.

Qeyd edək ki, İsveçrə Yunanıstanı 2:1 hesabı ilə məğlub edib. Sentyabrın 5-də keçiriləcək İsveçrə - İtaliya görüşü Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.

Son xəbərlər

Orphus sistemi