"Arsenal"ın fanatları Mesut Özilə dəstək oldu

"Arsenal"ın fanatları Mesut Özilə dəstək oldu İngiltərənin "Arsenal" klubunun azarkeşləri uzun müddət meydana çıxmayan Mesut Özilə dəstək olub.
Futbol
2027
15 Oktyabr , 2020 18:24
Arsenalın fanatları Mesut Özilə dəstək oldu
Məsut Özil

İngiltərənin "Arsenal" klubunun azarkeşləri uzun müddət meydana çıxmayan Mesut Özilə dəstək olub.

"Report"un məlumatına görə, London təmsilçisinin fanatları 32 yaşlı yarımmüdafiəçi üçün imza kampaniyası başladıb.

Azarkeşlər ilk olaraq 5 min imzanın toplanmasını hədəfləyiblər. Lakin qısa zaman ərzində minlərlə insan Almaniya yığmasının sabiq üzvünə dəstəyini ifadə edib. Onlar Özilin Premyer Liqa və Avropa Liqası matçlarında iştirak etməsini istəyiblər.

Qeyd edək ki, bu gün türk əsilli oyunçunun doğum günüdür. Mesut Özil daha əvvəl Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Azərbaycana dəstək olub.

Son xəbərlər

Orphus sistemi