"Arsenal"ın baş məşqçisi: "Özilin ayrılmasını görmək kədərlidir"

"Arsenal"ın baş məşqçisi: "Özilin ayrılmasını görmək kədərlidir" İngiltərənin "Arsenal" klubunun baş məşqçisi Mikel Arteta Mesut Özilin Türkiyə "Fənərbağça"sına keçidindən danışıb.
Futbol
220
19 Yanvar , 2021 11:27
Arsenalın baş məşqçisi: Özilin ayrılmasını görmək kədərlidir
Mesut Özil və Mikel Arteta

İngiltərənin "Arsenal" klubunun baş məşqçisi Mikel Arteta Mesut Özilin Türkiyə "Fənərbağça"sına keçidindən danışıb.

"Report"un məlumatına görə, 39 yaşlı mütəxəssis 33 yaşlı yarımmüdafiəçinin hazırda Türkiyədə olduğunu xatırladıb.

Arteta Mesutun tibbi müayinədən keçəcəyini və bəzi sənədləşmə işlərinin aparılacağını vurğulayıb: "Keçid baş tutan kimi bu barədə rəsmi məlumat verəcəyik. Bu cür oyunçuların klubdan ayrılmasını görmək kədərlidir".

Qeyd edək ki, Mesut Özil 2013-cü ildən "Arsenal"da çıxış edir. Onun tezliklə "Fənərbağça" ilə müqavilə imzalayacağı gözlənilir.

Son xəbərlər

Orphus sistemi