KİV: "Arsenal"ın baş məşqçisi Henrix Mxitaryandan qurtulmaq istəyir

KİV: "Arsenal"ın baş məşqçisi Henrix Mxitaryandan qurtulmaq istəyir Ermənistan yığmasının futbolçusu Henrix Mxitaryan İngiltərənin “Arsenal” klubunu tərk edə bilər.
Futbol
27 Mart , 2019 16:17
KİV: Arsenalın baş məşqçisi Henrix Mxitaryandan qurtulmaq istəyir
0 : 00
0 : 00

Ermənistan yığmasının futbolçusu Henrix Mxitaryan İngiltərənin “Arsenal” klubunu tərk edə bilər.

“Report” “Daily Mirror”a istinadən xəbər verir ki, buna səbəb 30 yaşlı yarımmüdafiəçinin baş məşqçi Unay Emerinin tələblərinə cavab verməməsi və həftəlik 180 min funt sterlinq maaş almasıdır. İspaniyalı mütəxəssis Mxitaryanla yanaşı, həftəsinə 350 min funt sterliq qazanan almaniyalı türk əsilli futbolçu Mesut Özilin də satılmasını istəyir.

O, bu futbolçulardan qənaət ediləcək vəsaitin “Arsenal”ın Çempionlar Liqasına düşməsi üçün daha düzgün formada xərclənməsini təklif edib.

Qeyd edək ki, ötən ilin yanvarında “Mançester Yunayted”dən “Arsenal”a keçən Mxitaryan cari mövsümdə iştirak etdiyi 26 oyunda 6 qol vurub və eyni sayda məhsuldar ötürmə verib. Onun London təmsilçisi ilə 2021-ci ilin iyununa qədər müqaviləsi var. 

Son xəbərlər

Orphus sistemi