"Arsenal"ın baş məşqçisi "Barselona"ya rəhbərlik edə bilər

"Arsenal"ın baş məşqçisi "Barselona"ya rəhbərlik edə bilər İngiltərənin Arsenal komandasının baş məşqçisi Unay Emeri İspaniya Barselonasına rəhbərlik edə bilər.
Futbol
29 May , 2019 09:36
Arsenalın baş məşqçisi Barselonaya rəhbərlik edə bilər
Report/ Firi Salim

İngiltərənin "Arsenal" komandasının baş məşqçisi Unay Emeri İspaniya "Barselona"sına rəhbərlik edə bilər. 

"Report"un "Mundo Deportivo"ya istinadən verdiyi məlumata görə, 48 yaşlı mütəxəssis yaxın vaxtlarda istefaya göndəriləcəyi bildirilən Ernesto Valverdenin əvəzləyicisi kimi nəzərdən keçirilir. Digər namizədlər isə Roberto Martines (Belçika yığması), Ronald Kuman (Hollandiya millisi) və İtaliya "Yuventus"undan ayrıldıqdan sonra işsiz olan Massimiliano Alleqridir. 

Lakin "Barselona"nın prezidenti Xosep Mariya Bartomeu Valverdeyə tam inandıqlarını bildirib: "Mən komandamıza ehtiyatla və düşüncə ilə kömək edən şəxsi qiymətləndirirəm. Ernesto Valverde barədə danışıram. Ona tam inanırıq".

Qeyd edək ki, bu mövsüm "Arsenal" Unay Emerinin rəhbərliyi altında İngiltərə Premyer Liqasında 5-ci yeri tutub. Avropa Liqasında isə klub finaladək yüksəlib. Bu gün Bakı Olimpiya Stadionunda təşkil olunacaq həlledici qarşılaşmada rəqib "Çelsi" olacaq. 

Son xəbərlər

Orphus sistemi