"Arsenal"ın avrokubok matçına 2 000 azarkeş buraxılacaq

"Arsenal"ın avrokubok matçına 2 000 azarkeş buraxılacaq İngiltərənin "Arsenal" komandası UEFA Avropa Liqasının qrup mərhələsinin V turunda Avstriya "Rapid"i ilə oyunun azarkeşlərin iştirakı ilə keçiriləcəyini açıqlayıb.
Futbol
26 Noyabr , 2020 21:33
Arsenalın avrokubok matçına 2 000 azarkeş buraxılacaq

İngiltərənin "Arsenal" komandası UEFA Avropa Liqasının qrup mərhələsinin V turunda Avstriya "Rapid"i ilə oyunun azarkeşlərin iştirakı ilə keçiriləcəyini açıqlayıb.

"Report" xəbər verir ki, bu barədə klubun rəsmi tvitter səhifəsində paylaşım edilib.

"Fanatlarsız 9 ay keçib. Gələn həftə 2 000 tərəfdarın "Emireyts" stadionunda olacağını elan etməkdən məmnunuq", - məlumatda bildirilib.

Daha əvvəl İngiltərə mətbuatında Premyer Liqasının Liverpul və London şəhərlərində keçiriləcək oyunlarında azarkeşlərin iştirakına icazə veriləcəyi ilə bağlı xəbər yayılıb.

Qeyd edək ki, "Arsenal" - "Rapid" görüşü dekabrın 3-də olacaq.

Son xəbərlər

Orphus sistemi