"Arsenal" hücumçusu ilə müqavilənin müddətini uzatdı

"Arsenal" hücumçusu ilə müqavilənin müddətini uzatdı İngiltərə "Arsenal"ı futbolçusu Pyer-Emerik Obameyanqla yeni müqavilə imzalayıb.
Futbol
371
15 Sentyabr , 2020 19:22
Arsenal hücumçusu ilə müqavilənin müddətini uzatdı
Pyer-Emerik Obameyanq

İngiltərə "Arsenal"ı futbolçusu Pyer-Emerik Obameyanqla yeni müqavilə imzalayıb.

"Report" klubun rəsmi saytına istinadən xəbər verir ki, London təmsilçisi qabonlu hücumçu ilə sözləşmənin müddətini 2023-cü ilədək uzadıb.

31 yaşlı forvard qarşıdakı 3 il ərzində "topçular"dan ümumilikdə 60 milyon funt-sterlinqə yaxın gəlir əldə edəcək.

Qeyd edək ki, Obameyanq "Arsenal"a 2018-ci ildə Almaniyanın "Borussiya" (Dortmund) klubundan keçib.

Son xəbərlər

Orphus sistemi