"Arsenal" Bakıdakı finalın hazırlığına həndbol oynayaraq başlayıb

"Arsenal" Bakıdakı finalın hazırlığına həndbol oynayaraq başlayıb İngiltərənin “Arsenal” klubu Bakıda keçiriləcək UEFA Avropa Liqasının final matçının hazırlıqlarına başlayıb.
Futbol
21 May , 2019 15:22
Arsenal Bakıdakı finalın hazırlığına həndbol oynayaraq başlayıb

İngiltərənin “Arsenal” klubu Bakıda keçiriləcək UEFA Avropa Liqasının final matçının hazırlıqlarına başlayıb.

“Report” xəbər verir ki, bu gün London təmsilçisinin təlim-məşq bazasında gerçəkləşən hazırlıq prosesi media üçün açıq olub. Futbolçular isinmə hərəkətlərindən sonra taktiki tapşırıqları yerinə yetiriblər. Ardınca isə onlar həndbol oynayıblar.

Bu gün Bakı vaxtı ilə saat 17:30-a baş məşqçi Unay Emerinin mətbuat konfransı nəzərdə tutulub.

Qeyd edək ki, “Arsenal” mayın 29-da Bakı Olimpiya Stadionunda baş tutacaq finalda Londonun digər təmsilçisi “Çelsi” ilə qarşılaşacaq.

Son xəbərlər

Orphus sistemi