"Arsenal" azarkeşləri Bakıdakı finaldan öncə təxribat ediblər

"Arsenal" azarkeşləri Bakıdakı finaldan öncə təxribat ediblər İngiltərənin Arsenal klubunun azarkeşləri Bakıda keçiriləcək Avropa Liqasının finalı öncəsi təxribata əl atıblar.
Futbol
23 May , 2019 12:19

İngiltərənin "Arsenal" klubunun azarkeşləri Bakıda keçiriləcək Avropa Liqasının finalı öncəsi təxribata əl atıblar.

"Report" "The Sun"a istinadən xəbər verir ki, fanatlar "Twitter" sosial şəbəkəsində "Çelsi"nin futbolçuları N Qolo Kante, Eden Azar, Kepa Arrisabalaqanı hədəfə alıblar. 

Onlar hər üç futbolçunun erməni olduğunu üçün Bakıdakı finalda iştirak etməmələrini istəyiblər.

Riçard adlı "Twitter" istifadəçisi tətildə Ermənistana getdiyini, nənə və babalarını ziyarət etməyə gedən Kante və Azarın da orada olduğunu yazıb.

Digər bir fanat isə Arrisabalaqanın DNT testindən sonra 62 faiz erməni olduğunu yazıb. 

Qeyd edək ki, “Arsenal” mayın 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək final matçında Londonun digər təmsilçisi “Çelsi” ilə qarşılaşacaq.

Son xəbərlər

Orphus sistemi