"Arsenal" Arsen Venqerlə müqavilənin müddətini uzadıb

"Arsenal" Arsen Venqerlə müqavilənin müddətini uzadıb Yeni saziş 2019-cu ilə qədər nəzərdə tutulub
Futbol
1 iyun 2017 03:42
Arsenal Arsen Venqerlə müqavilənin müddətini uzadıb

Bakı. 1 iyun. REPORT.AZ/ Fransalı mütəxəssis Arsen Venqer Londonun "Arsenal" klubu ilə müqaviləsini 2 il müddətinə uzadıb.

"Report" xəbər verir ki, 67 yaşlı baş məşqçi ilə yeni saziş 2019-cu ilə qədər nəzərdə tutulub.

"Mən bu klubu sevirəm. Gələcəyə nikbin və həyəcanla baxıram. Biz hər yerdə güclü olmaq niyyətindəyik. Bu, güclü futbolçulardan ibarət bir qrupdur, biz heyətə bəzi əlavələr etməklə daha da uğurlu ola bilərik. Daha çox titul qazanmaq üçün əlimizdən gələni edəcəyik. Bunu biz hamımız istəyirik və bilirəm ki, bütün azarkeşlərimiz də bunun arzusundadır", – deyə Venqer bildirib.

Son xəbərlər

Orphus sistemi