"Arsenal" 1932-ci ildəki klub rekordunu təkrarladı

"Arsenal" 1932-ci ildəki klub rekordunu təkrarladı Londonun "Arsenal" futbol klubu 1932-ci ildəki rekordunu təkrarlayıb
Futbol
129
16 Aprel , 2021 05:58
 Arsenal 1932-ci ildəki klub rekordunu təkrarladı

İngiltərənin "Arsenal" futbol klubu 89 il əvvəlki rekordunu təkrarlayıb.

“Report” xəbər verir ki, London təmsilçisi ilk dəfə 1932-ci ilin dekabrında 4 səfər oyunun hamısında ardıcıl azı üç qol vurub.

"Topçular" aprelin 15-də Avropa Liqasının 1/4 final mərhələsinin cavab görüşündə Çexiyanın "Slaviya" (Praqa) komandasını 4:0, əvvəlki səfər matçında "Şeffild Yunayted"i 3:0 hesabı ilə darmadağın edib. Bununla yanaşı, "Arsenal" "Vest Hem"lə heç-heçə (3:3) oynayıb və "Olimpiakos"u (3:1) yenib.

Hazırda "Arsenal" İngiltərə Premyer Liqasının turnir cədvəlində 9-cu mövqedədir. Komanda 31 matçda 45 xal yığıb.

Son xəbərlər

Orphus sistemi