Arriqo Sakki: "Roma" Qarabağ"a "Real Madrid" kimi yanaşmalıdır"

Arriqo Sakki: "Roma" Qarabağ"a "Real Madrid" kimi yanaşmalıdır" Əks halda, BATE aqibəti yaşana bilər"
Futbol
104
26 Sentyabr , 2017 13:01
Arriqo Sakki: Roma Qarabağa Real Madrid kimi yanaşmalıdır
Getty Images

Bakı. 26 sentyabr. REPORT.AZ/ "Roma" "Qarabağ"la keçirəcəyi qarşılaşmaya özünü "Real Madrid"lə görüşəcəkmiş kimi hazırlamalıdır. Əks halda, BATE aqibəti yaşana və bu da utanc ola bilər".

"Report"un məlumatına görə, bunu məşhur italiyalı məşqçi Arriqo Sakki Çempionlar Liqasının II tur matçından əvvəl "La Gazzetta dello Sport"dakı məqaləsində yazıb. Təcrübəli mütəxəssisin fikrincə, "Qarabağ" "Roma" kimi komanda ilə qarşılaşacağı üçün narahatlıq keçirməməli, əksinə, İtaliya təmsilçisi matça daha ciddi yanaşmalıdır.

"Roma"nın hamı üçün "canavarlar" kimi qəbul olunduğunu deyən Sakki "sarı-qırmızılar"ın layiqli qələbə üçün əlindən gələni edəcəyinə əminliyini dilə gətirib.

Qeyd edək ki, sentyabrın 27-də Bakı Olimpiya Stadionunda keçiriləcək matç saat 20:00-da başlanacaq. "Roma" Çempionlar Liqasında 2015-2016 mövsümündə Belarus BATE-sinə səfərdə 2:3 hesabı ilə uduzub, evdə isə qolsuz bərabərliklə kifayətlənib. Arriqo Sakki isə əvvəllər İtaliya milli komandasının, eləcə də bir çox tanınmış yerli klubun və İspaniya "Atletiko"sunun baş məşqçisi olub.  

Son xəbərlər

Orphus sistemi