"Aris"in prezidenti: "Neftçi" üzərində qələbə əsl bayramdır"

"Aris"in prezidenti: "Neftçi" üzərində qələbə əsl bayramdır" "Konfrans Liqasında "Neftçi" üzərində qələbə əsl bayramdır. Bu, düzgün yol seçdiyimizin təsdiqidir".
Futbol
27 İyul , 2022 13:46
Arisin prezidenti: Neftçi üzərində qələbə əsl bayramdır

"Konfrans Liqasında "Neftçi" üzərində qələbə əsl bayramdır. Bu, düzgün yol seçdiyimizin təsdiqidir".

"Report" xəbər verir ki, bunu Kiprin "Aris" klubunun prezidenti Vladimir Fyodorov "Championat"a açıqlamasında Azərbaycan təmsilçisinə 2:0 hesabı ilə qalib gəldikləri UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin ilk oyunu barədə danışarkən deyib deyib.

O bildirib ki, avrokuboklarda stabil olaraq çıxış etmək istəyirlər: "Ancaq bu, sadəcə irəliyə doğru bir addımdır. Biz Avropa arenasında stabil olmaq istəyirik".

Qeyd edək ki, komandalar arasındakı cavab matçı iyulun 28-də "Bakcell Arena"da oynanılacaq. Matçı saat 21:00-da başlayacaq.

Son xəbərlər

Orphus sistemi