Argentinalı futbolçunu aparan təyyarə yoxa çıxıb

Argentinalı futbolçunu aparan təyyarə yoxa çıxıb Bakı. 22 yanvar. REPORT.AZ/ İngiltərə Premyer Liqasında çıxış edən Uelsin “Kardiff Siti” klubunun yeni transferi Emiliano Salanın yer aldığı təyyarə yoxa çıxıb.
Futbol
1032
22 Yanvar , 2019 13:47
Argentinalı futbolçunu aparan təyyarə yoxa çıxıb

Bakı. 22 yanvar. REPORT.AZ/ İngiltərə Premyer Liqasında çıxış edən Uelsin “Kardiff Siti” klubunun yeni transferi Emiliano Salanın yer aldığı təyyarə yoxa çıxıb.

“Report” “L’Equipe” nəşrinə istinadən xəbər verir ki, Fransanın “Nant” klubundan “Kardiff Siti”yə keçən 29 yaşlı hücumçu yanvarın 21-də komanda yoldaşları ilə sağollaşaraq xüsusi təyyarə ilə Uelsə yola düşüb. Ancaq təyyarə ünvana çatmasına saat yarım qalmış radardan itib.

Təyyarə hava limanına gəlməyincə, onun axtarışına iki helikopter və bir neçə gəmi cəlb olunub. Hazırda axtarışlar Normand adalarında yaxın ərazidə aparılır.

Qeyd edək ki, daha öncə “Kardiff Siti”nin argentinalı futbolçudan ötrü klub üçün rekord sayılan 15 milyon funt sterlinq ödədiyi bildirilib. Onunla 2022-ci ilin yayına qədər müqavilə bağlanılıb.

Son xəbərlər

Orphus sistemi