Argentinalı futbolçu olimpiadanın səfiri təyin olunub

Argentinalı futbolçu olimpiadanın səfiri təyin olunub Yarımmüdafiəçi olimpiya dəyərlərinin dünyaya yayılmasına yardımçı olaca
Futbol
15 İyun , 2018 10:34
Argentinalı futbolçu olimpiadanın səfiri təyin olunub

Bakı. 15 iyun. REPORT.AZ/ Argentina milli komandasının futbolçusu Xavyer Maskerano oktyabrda paytaxt Buenos Ayresdə keçiriləcək Yeniyetmələrin III Yay Olimpiya Oyunlarının səfiri təyin olunub.

"Report" yarışın rəsmi səhifəsinə istinadən xəbər verir ki, hazırda Çinin "Hebey Çayn Forçun" klubunda çıxış edən yarımmüdafiəçi olimpiya dəyərlərinin dünyaya yayılmasına yardımçı olacaq. 

34 yaşlı oyunçu hazırda Rusiyada start götürən dünya çempionatında iştirak edir. Argentina yığması İslandiya (16 iyun), Xorvatiya (21 iyun) və Nigeriya (26 iyun) ilə birgə D qrupunda yer alıb.

Maskerano 2010-2014-cü illərdə İspaniya "Barselona"sında çıxış edib. O, 4 qat İspaniya çempionu və Çempionlar Liqasının 2 qat qalibidir. Təcrübəli orta sahə oyunçusu millidə 141 matçda 3 qol vurub, Yay Olimpiya Oyunlarının ikiqat qalibi və dünya çempionatının gümüş mükafatçısı olub.

Qeyd edək ki, Yeniyetmələrin III Yay Olimpiya Oyunları oktyabrın 6-18-də təşkil olunacaq. Olimpiadada Azərbaycan da təmsil olunacaq. 

Son xəbərlər

Orphus sistemi