Argentinalı baş məşqçi iki dəfə "Barselona"nın təklifini rədd edib

Argentinalı baş məşqçi iki dəfə "Barselona"nın təklifini rədd edib İngiltərənin "Tottenhem" komandasının sabiq baş məşqçisi Maurisio Poçettino iki dəfə İspaniya "Barselona"sının təklifindən imtina edib.
Futbol
7 Noyabr , 2020 09:18
Argentinalı baş məşqçi iki dəfə Barselonanın təklifini rədd edib
Maurisio Poçettino

İngiltərənin "Tottenhem" komandasının sabiq baş məşqçisi Maurisio Poçettino iki dəfə İspaniya "Barselona"sının təklifindən imtina edib.

"Report" "Daily Star"a istinadən xəbər verir ki, buna səbəb 48 yaşlı argentinalı mütəxəssisin "Mançester Yunayted"ə rəhbərlik etmək istəməsidir.

O, Kataloniya təmsilçisindən iki dəfə təklif alıb, lakin hər ikisində rədd cavabı verib. Daha əvvəl "Mançester Yunayted"in Poçettinonun nümayəndələri ilə görüşdüyü bildirilib.

Qeyd edək ki, Maurisio Poçettino 2014 - 2019-cu illərdə "Tottenhem"də işləyib. O, 2018/2019 mövsümündə London təmsilçisini Çempionlar Liqasının finalına yüksəldib.

"Mançester Yunayted"in baş məşqçi Ule-Qunnar Şulşerlə vidalaşacağı gözlənilir. Komanda onun rəhbərliyi altında Çempionlar Liqasının qrup mərhələsinin III turunda Türkiyədə "Başakşehir"ə 1:2 hesabı ilə uduzub. "Qırmızı şeytanlar" Premyer Liqada 6 oyundan sonra 7 xal toplayıb və hazırda 15-ci pillədədir.

Son xəbərlər

Orphus sistemi