Argentinadakı məhbuslar dünya çempionatını izləmək tələbi ilə aclıq elan ediblər

Argentinadakı məhbuslar dünya çempionatını izləmək tələbi ilə aclıq elan ediblər Bakı. 14 iyun. REPORT.AZ/ Argentinadakı məhbuslar aclıq aksiyası elan ediblər.
Futbol
14 İyun , 2018 12:25
Argentinadakı məhbuslar dünya çempionatını izləmək tələbi ilə aclıq elan ediblər
0 : 00
0 : 00

Bakı. 14 iyun. REPORT.AZ/ Argentinadakı məhbuslar aclıq aksiyası elan ediblər. 

"Report" "Publimetro"ya istinadən xəbər verir ki, Puerto-Madrin şəhər həbsxanasındakı dustaqlar Rusiyada keçiriləcək dünya çempionatını izləmək üçün bu addımı atıblar.

Onlar üç gündür işləməyən televiziya kabelinin təmir olunmasını tələb edirlər. Məhbusların məktubunda deyilir: "Biz bu problem həll olunmayınca günorta və axşam yeməklərini qəbul etməməyə qərar verdik".  

Məhkəmənin ərizəyə baxmaq üçün heç bir əsas tapmadığı bildirilir. 

Qeyd edək ki, DÇ-2018-də Argentina millisi İslandiya (16 iyun), Xorvatiya (21 iyun) və Nigeriya (26 iyun) ilə birgə D qrupunda mübarizə aparacaq. 

Son xəbərlər

Orphus sistemi