Argentinada polis futbolçunu güllələyərək öldürüb

Argentinada polis futbolçunu güllələyərək öldürüb Argentinanın "Barrakas Sentral" klubunun futbolçusu Lukas Qonsales dünyasını dəyişib
Futbol
136
19 Noyabr , 2021 12:58
Argentinada polis futbolçunu güllələyərək öldürüb
Lukas Qonsales

Argentinanın "Barrakas Sentral" klubunun futbolçusu Lukas Qonsales dünyasını dəyişib.

"Report" "Marca"ya istinadən xəbər verir ki, polis 17 yaşlı oyunçunu güllələyərək öldürüb.

İnsident paytaxt Buenos-Ayresdə baş verib. Qonsales 3 dostu ilə birlikdə avtomobildə olarkən polis maşınına atəş açıb. Daha sonra avtomobil yol ayrıcında onu saxlamaq istəyən polis maşınına çırpılıb.

"Barrakas Sentral" klubu məsələ ilə bağlı ədalətli araşdırma tələb edib. Klub 3 günlük matəm elan edib və bu müddətdə idman tədbiri keçirməyəcəyini açıqlayıb.

Son xəbərlər

Orphus sistemi