Argentinada “Maradona ölmədi, onu öldürdülər” şüarı ilə aksiya keçirildi

Argentinada “Maradona ölmədi, onu öldürdülər” şüarı ilə aksiya keçirildi Argentinanın paytaxtı Buenos-Ayresdə əfsanəvi futblçu Dieqo Maradonanın ölümünün başvermə şəraitinin araşdırılması və təqsirkarların ən qısa zamanda cəzalandırılması tələbi ilə etiraz aksiyası keçirilib
Futbol
160
11 Mart , 2021 05:47
Argentinada “Maradona ölmədi, onu öldürdülər” şüarı ilə aksiya keçirildi

Argentinanın paytaxtı Buenos-Ayresdə əfsanəvi futblçu Dieqo Maradonanın ölümünün başvermə şəraitinin araşdırılması və təqsirkarların ən qısa zamanda cəzalandırılması tələbi ilə etiraz aksiyası keçirilib.

“Report”un məlumatına görə, bu barədə TASS bildirib. Aksiyada azarkeşlərlə, fanatlarla yanaşı, həmçinin keçmiş futbolçunun qohumları, ölkə yığmasının baş məşqçisi də iştirak ediblər.

"O ölmədi, onu öldürdülər" şüarı ilə keçirilən etiraz aksiyasına Maradonanın qızları Dalma və Cannina, həmçinin onların anası - futbolçunun keçmiş arvadı Klaudiya Vilyafane də qatılıblar. Onlar əllərində "Təqsirkarlara ictimai qınaq və məhkəmə hökmü. 10 (Maradonanın oynadığı nömrə - red) nömrəli məhkəmə" sözləri yazılmış plakat tutublar.

Etiraz aksiyasında həmçinin Maradonanın keçmiş vəkili Matiasa Morlın da ünvanına təhqirlər səsləndirilib. Sabiq futbolçunun bəzi dostlarının və azarkeşlərinin fikrincə, o, futbolçuya mənfi təsir göstərib.

İctimai asayişin qotunması üçün Buenos-Ayresin mərkəzinə əlavə polis qüvvələri cəlb olunub.

Son xəbərlər

Orphus sistemi