Argentina və Uruqvay 2030-cu il dünya çempionatını birgə təşkil etmək istədiklərini bəyan edib

Argentina və Uruqvay 2030-cu il dünya çempionatını birgə təşkil etmək istədiklərini bəyan edib İki ölkənin prezidenti müştərək mətbuat konfransında açıqlama verib
Futbol
26 Oktyabr , 2016 11:25
Argentina və Uruqvay 2030-cu il dünya çempionatını birgə təşkil etmək istədiklərini bəyan edib

Bakı. 26 oktyabr. REPORT.AZ/ Argentina və Uruqvay yığmaları 2030-cu il dünya çempionatına birgə təşkilatçılıq üçün ərizə verəcək. "Report"un məlumatına görə, hər iki ölkə belə bir planlarının olduğunu təsdiqləyib.

Argentina prezidenti Maurisio Makri qonşu ölkə ilə birgə işləmək arzusunda olduqlarını açıqlayıb. Buenos-Ayresdə keçirilən birgə mətbuat konfransında onun uruqvaylı həmkarı Tabare Vaskes də belə niyyətlə çıxış edib.

Qarşıdakı dünya çempionatı 2018-ci ildə Rusiyada keçiriləcək. 2022-ci il mundialını Qətər qəbul edəcək. 2026-cı ildə çempionata Şimali Amerika - ya ABŞ, ya da bu ölkə ilə Kanada müştərək ev sahibliyi edəcək.

Son xəbərlər

Orphus sistemi