​Argentina prezidenti Messidən millini tərk etməməyi xahiş edib

​Argentina prezidenti Messidən millini tərk etməməyi xahiş edib Maurisio Makri futbolçuya şəxsən zəng edib
Futbol
28 İyun , 2016 06:56
​Argentina prezidenti Messidən millini tərk etməməyi xahiş edib

Bakı. 28 iyun. REPORT.AZ/ Argentina prezidenti Maurisio Makri ölkənin futbol üzrə yığmasının hücumçusu Lionel Messiyə şəxsən zəng edərək milli komandanı tərk etməməsini xahiş edib.

"Report" xəbər verir ki, bu barədə dövlət başçısının nümayəndəsinə istinadən "Frans Press" məlumat yayıb.

Ötən bazar ABŞ-da keçirilən Amerika Kubokunun finalında Çiliyə məğlubiyyətdən sonra Messi yığmada karyerasını başa vurduğunu bəyan edib. Həmin matçın oyunsonrası penaltilər seriyasında hücumçu üzərinə düşən penal zərbəsini dəqiq yerinə yetirə bilməmişdi və bu, yekun nəticəyə öz təsirini göstərmişdi.

"O (Makri) ona zəng edib, yığmanın oyunundan qürur hissi keçirdiyini deyib və tənqidlərə məhəl qoymamağı xahiş edib", — deyə prezidentin nümayəndəsi bildirib.

Son xəbərlər

Orphus sistemi