Argentina millisinin yarımmüdafiəçisi komanda ilə birgə məşqdə iştirak etməyib

Argentina millisinin yarımmüdafiəçisi komanda ilə birgə məşqdə iştirak etməyib Bakı. 11 iyun. REPORT.AZ/ Argentina milli komandasının futbolçusu Ever Baneqa komanda ilə məşqdə iştirak etməyib.
Futbol
11 İyun , 2018 19:21
Argentina millisinin yarımmüdafiəçisi komanda ilə birgə məşqdə iştirak etməyib

Bakı. 11 iyun. REPORT.AZ/ Argentina milli komandasının futbolçusu Ever Baneqa komanda ilə məşqdə iştirak etməyib.

"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, 30 yaşlı yarımmüdafiəçi zədə səbəbindən komandanın bugünkü məşqinə qatılmayıb. Onun zədəsinin yüngül olduğu bildirilib. 

Qeyd edək ki, Argentina milli komandası dünya çempionatında İslandiya, Xorvatiya və Nigeriya ilə birgə D qrupunda mübarizə aparacaq. 

Son xəbərlər

Orphus sistemi