Argentina millisinin keçmiş baş məşqçisi koronavirusa yoluxdu

Argentina millisinin keçmiş baş məşqçisi koronavirusa yoluxdu Argentina milli komandasının sabiq baş məşqçisi Karlos Bilardoda koronavirus aşkarlanıb.
Futbol
27 İyun , 2020 12:14
Argentina millisinin keçmiş baş məşqçisi koronavirusa yoluxdu

Argentina milli komandasının sabiq baş məşqçisi Karlos Bilardoda koronavirus aşkarlanıb.

"Report"un məlumatına görə, 82 yaşlı mütəxəssis müalicə kursu keçdiyi qocalar evində yoluxub. Lakin xəstəlik özünü simptomsuz göstərir.

Qeyd edək ki, Karlos Bilardo Argentina yığmasına 1983 - 1990-cı illərdə rəhbərlik edib. O, komandaya DÇ-1986-da qızıl, DÇ-1990-da gümüş medal qazandırıb. Bilardo yerli "Boka Huniors", "Estudiantes", İspaniya "Sevilya"sı kimi klublarda və Liviya millisində də çalışıb. 

Son xəbərlər

Orphus sistemi