Argentina millisinin baş məşqçisinin istefaya göndərilməsinə qərar verilib

Argentina millisinin baş məşqçisinin istefaya göndərilməsinə qərar verilib Səbəb yığmanın oyun səviyyəsi və nəticələrinin qeyri-qənaətbəxş olmasıdır
Futbol
7 Aprel , 2017 09:23
Argentina millisinin baş məşqçisinin istefaya göndərilməsinə qərar verilib

Bakı. 7 aprel. REPORT.AZ/ Yaxın vaxtlarda futbol üzrə Argentina milli komandasının baş məşqçisi Edqardo Bausa tutduğu vəzifədən azad olunacaq. "Report"un "Mundo Deportivo"ya istinadən verdiyi məlumatına görə, buna səbəb 2018-ci il dünya çempionatının seçmə mərhələsində yığmanın oyun səviyyəsi və nəticələrinin qeyri-qənaətbəxş olmasıdır.

Hazırda Lionel Messinin komandası 22 xalla 5-ci pillədədir və Rusiyada təşkil olunacaq mundiala qatılmama təhlükəsi ilə üzləşib.

Qərar barədə təcrübəli mütəxəssis gələn həftə məlumatlandırılacaq. 

Son xəbərlər

Orphus sistemi