Argentina millisi yoldaşlıq görüşündə Rusiyanı məğlub edib - VİDEO

Argentina millisi yoldaşlıq görüşündə Rusiyanı məğlub edib - VİDEO Görüşdə yeganə qolu 86-cı dəqiqədə Serxio Aquero vurub
Futbol
11 Noyabr , 2017 19:18
Argentina millisi yoldaşlıq görüşündə Rusiyanı məğlub edib - VİDEO

Bakı. 11 noyabr. REPORT.AZ/ Futbol üzrə Argentina milli komandası yoldaşlıq görüşündə Rusiyanı məğlub edib.

“Report” xəbər verir ki, Moskvanın yenilənmiş "Lujniki" stadionunda keçirilən görüş qonaqların 1:0 hesablı üstünlüyü ilə başa çatıb.

Görüşdə yeganə qolu 86-cı dəqiqədə Serxio Aquero vurub.

Argentina növbəti yoldaşlıq görüşünü noyabrın 14-də Nigeriya, Rusiya isə İspaniyaya qarşı keçirəcək.

Yoldaşlıq oyunu (yığmalar)

Rusiya – Argentina - 0:1

0:1 – Aquero – 86

Son xəbərlər

Orphus sistemi