Argentina millisi DÇ-2022-yə vəsiqə qazanıb

Argentina millisi DÇ-2022-yə vəsiqə qazanıb Argentina futbol komandası 2022-ci ildə Qətərdə keçiriləcək dünya çempionatının finalında iştirakını təmin edib.
Futbol
17 Noyabr , 2021 06:47
Argentina millisi DÇ-2022-yə vəsiqə qazanıb

Futbol üzrə Argentina yığması 2022-ci ildə Qətərdə keçiriləcək dünya çempionatında iştirakını təmin edib.

"Report" xəbər verir ki, bu, Cənubi Amerika seçmə turnirinin XIV turunun oyunlarından sonra məlum olub.

Argentina Braziliya və Kolumbiya - Paraqvay qarşılaşmalarında heç-heçə qeydə alınıb. Boliviya Uruqvayı 3:0, Peru Venesuelanı 2:1, Ekvador Çilini 2:0 hesabı ilə məğlub edib.

Cənubi Amerika zonasından mundiala ilk 4 yerin sahibi yüksəlir, 5-ci yeri tutan komanda digər konfederasiyaların təmsilçiləri ilə pley-offda mübarizə aparır.

Hazırda Argentina yığması 13 oyundan 29 xalla qrupda 2-ci, Ekvador 23 xalla 3-cüdür. 17 xalla 4-5-ci yerləri bölüşən Kolumbiya və Peru milliləri hərəyə 14 görüş keçiriblər və növbəti turda bir-biri ilə qarşılaşacaqlar. Beləliklə, Argentina qrupda dördüncü pillədən aşağı düşməyəcək.

Qeyd edək ki, DÇ-2022 21 noyabr - 18 dekabrda Qətərdə 32 ölkənin iştirakı ilə keçiriləcək. Hələlik Braziliya, Argentina, Belçika, Almaniya, İspaniya, Serbiya, Fransa, Xorvatiya, İsveçrə, Danimarka, İngiltərə, Niderland yığmaları mundiala vəsiqə qazanıblar. Qətər millisi isə dünya çempionatında ev sahibi kimi iştirak edəcək.

Son xəbərlər

Orphus sistemi