Argentina klubu tanınmış futbolçu ilə yollarını ayırdı

Argentina klubu tanınmış futbolçu ilə yollarını ayırdı "Həmişə "Boka Xuniors" azarkeşi olaraq qalacağam"
Futbol
163
5 İyun , 2021 10:02
Argentina klubu tanınmış futbolçu ilə yollarını ayırdı
Karlos Teves

Argentinanın "Boka Xuniors" klubu futbolçusu Karlos Teves ilə yollarını ayırıb.

"Report" xəbər verir ki, bu barədə 37 yaşlı hücumçu mətbuat konfransında məlumat verib.

O, artıq Buenos-Ayres təmsilçisində oynamayacağını bildirib: "Bu klubla vidalaşmayacağam, çünki həmişə "Boka Xuniors" azarkeşi olaraq qalacağam".

Qeyd edək ki, Karlos Teves 2001 - 2004, 2015-2016 və 2018-ci ildən bu vaxtadək "Boka Xuniors"un formasını geyinib. Təcrübəli forvard karyerası ərzində İngiltərənin "Mançester Yunayted", "Mançester Siti", İtaliyada isə "Yuventus" kimi klublarda çıxış edib.

Son xəbərlər

Orphus sistemi