Argentina futbol millisinin baş məşqçisi ilə müqaviləyə xitam verilib

Argentina futbol millisinin baş məşqçisi ilə müqaviləyə xitam verilib Sampaoli buna görə Argentina Futbol Assosiasiyasından 2 mln. dollar dəbbə pulu alacaq
Futbol
15 İyul , 2018 11:56
Argentina futbol millisinin baş məşqçisi ilə müqaviləyə xitam verilib

Bakı. 15 iyul. REPORT.AZ/ Argentina Futbol Assosiasiyasının (AFA) rəhbərliyi yığma komandanın baş məşqçisi Xorxe Sampaoli ilə əməkdaşlığın vaxtından əvvəl dayandırılması barədə razılıq əldə edib.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə "Ole" nəşri yazıb.

Bildirilir ki, AFA nümayəndələri Sampaolinin vəkili ilə danışıqlar aparıb və nəticədə müqavilənin pozulması barədə razılıq əldə olunub.

AFA-nin mütəxəssisə ödəyəcəyi dəbbə pulu isə 2 milyon dollar təşkil edəcək. Sampaolinin komandadan gedəcəyi tarix açıqlanmır.

Son xəbərlər

Orphus sistemi