Arda Turan Fatih Terimin köməkçisi olacaq

Arda Turan Fatih Terimin köməkçisi olacaq İspaniyanın "Barselona" klubu ilə müqaviləsi başa çatan&Arda Turan&karyerasını Türkiyənin "Qalatasaray" klubunda davam etdirəcək.
Futbol
844
4 İyul , 2020 14:18
Arda Turan Fatih Terimin köməkçisi olacaq

İspaniyanın "Barselona" klubu ilə müqaviləsi başa çatan Arda Turan karyerasını Türkiyənin "Qalatasaray" klubunda davam etdirəcək.

"Report" "A Spor"a istinadən xəbər verir ki, 33 yaşlı yarımmüdafiəçi az məbləğ qarşılığında İstanbul təmsilçisi ilə müqavilə imzalayacaq. Təcrübəli oyunçu karyerasını başa vurandan sonra baş məşqçi Fatih Terimin köməkçisi olacaq. 

Qeyd edək ki, Arda Turanın "Barselona" ilə sözləşməsi iyunun sonunda bitib. O, 2019/2020 mövsümündə icarə əsasında "Başakşehir"də oynayıb. Bu ilin əvvəlindən isə Arda Turanla müqaviləyə xitam verilib. 

Futbolçu 2000 - 2011-ci illərdə "Qalatasaray"ın şərəfini qoruyub.