"Araz-Naxçıvan"ın baş məşqçisi: "Belə oyunları "kilid matç" da adlandırırlar"

"Araz-Naxçıvan"ın baş məşqçisi: "Belə oyunları "kilid matç" da adlandırırlar" "Mənzil başına bu gün çatsaq da, yorğunluğa rəğmən məşqimiz yaxşı keçdi. Komandadakı atmosfer məni qane etdi".
Futbol
212
27 Oktyabr , 2021 23:37
Araz-Naxçıvanın baş məşqçisi: Belə oyunları kilid matç da adlandırırlar

"Mənzil başına bu gün çatsaq da, yorğunluğa rəğmən məşqimiz yaxşı keçdi. Komandadakı atmosfer məni qane etdi".

"Report"un məlumatına görə, "Araz-Naxçıvan" futzal klubunun baş məşqçisi Joze Alesio Da Silva UEFA Çempionlar Liqasının əsas mərhələsində Ukrayna "Uraqan"ına qarşı keçirəcəkləri oyundan öncə federasiyanın rəsmi saytına açıqlamasında deyib.

Braziliyalı mütəxəssis bildirib ki, Ramiz Çovdarov zədəli olduğuna görə bir müddət məşq etməmişdi: "Onun hələ tam hazır olmadığını, fiziki hazırlığında müəyyən çatışmazlığın olduğunu deyə bilərəm. Xətai Bağırov da ilkin mərhələnin son matçında qırmızı vərəqə aldığına görə, “Uraqan”la oyunda iştirak etməyəcək. Bunlara rəğmən, komandada hər şey normaldır".

O, sabahkı matçın çox əhəmiyyətli olduğunu söyləyib: "Çətin olacaq. Bu gün axşam da videoya baxacağıq. Oyunçularıma müəyyən tapşırıqlar verəcəyəm. "Urraqan”ın bir neçə oyununa baxmışam. Sıradan rəqib deyil. Əksinə, güclü komandadır. Kollektiv şəkildə əla çıxış edirlər, fərdi bacarıqlarına görə seçilən oyunçuları var. Uzun müddətdir bir yerdə çıxış edirlər ki, bu da onların üstünlükləridir".

Alesionun sözlərinə görə, rəqibin 4 oyunçusu ölkəsinin milli komandasında çıxış edir: "Bir sözlə, komanda şəklində çox güclüdürlər. Həm də nəzərə almaq lazımdır ki, istənilən turnirin, çempionatın ilk oyunu çox çətin keçir. Hətta belə qarşılaşmaları "kilid matç" da adlandırırlar. "Uraqan" mübarizəyə doğma meydanda başlayacaq, azarkeşlərin dəstəyini hiss edəcək".

Baş məşqçi meydanın vəziyyətində də toxunub: "İlk məşqdən sonra örtüyün sürüşkən olduğunu deyə bilərəm. Məncə, sabah oyun zamanı bunu hiss etməyəcəyik. Çünki ilk dəfə idi bu zalda məşq edirdik”.

Qeyd edək ki, "Uraqan" - "Araz-Naxçıvan" oyunu Bakı vaxtı ilə saat 20:00-da başlayacaq. B yolunda yer alan Azərbaycan təmsilçisinin rəqibləri arasında Kosovonun "Ligeni" və Rumıniyanın "Yunayted Qalati" klubları da var.

Son xəbərlər

Orphus sistemi