Araz Abdullayevin komandası səfərdə İzmir klubuna qalib gəldi

Araz Abdullayevin komandası səfərdə İzmir klubuna qalib gəldi Start heyətdə matça çıxan Abdullayev sonadək meydanda olub
Futbol
152
10 Aprel , 2021 16:31
Araz Abdullayevin komandası səfərdə İzmir klubuna qalib gəldi

Azərbaycan millisinin futbolçusu Araz Abdullayevin çıxış etdiyi "Boluspor" Türkiyə 1-ci liqasında növbəti oyununu keçirib.

"Report"un məlumatına görə, bölgə təmsilçisi çempionatın iddialı komandalarından "Altay"ın qonağı olub.

Qarşılaşma "Boluspor"un 1:0 hesablı qələbəsi ilə başa çatb. Start heyətdə matça çıxan Abdullayev sonadək meydanda olub.

Qələbə sayəsində 35-ci xalını qazanan "Boluspor" hələ ki, 12-ci pillədə qərarlaşıb. "Altay" isə 53 xalla üçüncü yerdədir. Bu görüşdən sonra İzmir klubunun 5 oyunluq qələbə seriyası da başa çatıb.

Qeyd edək ki, Araz Abdullayev mövsümün əvvəlindən "Boluspor"un formasını geyinir.

Son xəbərlər

Orphus sistemi