Araz Abdullayevin çıxış etdiyi komandaya yeni baş məşqçi təyin olunub

Araz Abdullayevin çıxış etdiyi komandaya yeni baş məşqçi təyin olunub Azərbaycan millisinin futbolçusu Araz Abdullayevin çıxış etdiyi Türkiyənin "Boluspor" komandasının yeni baş məşqçisi bəlli olub.
Futbol
24 Oktyabr , 2020 12:52
Araz Abdullayevin çıxış etdiyi komandaya yeni baş məşqçi təyin olunub
Reha Erginer

Azərbaycan millisinin futbolçusu Araz Abdullayevin çıxış etdiyi Türkiyənin "Boluspor" komandasının yeni baş məşqçisi bəlli olub.

"Report" klubun rəsmi saytına istinadən xəbər verir ki, komanda Reha Erginerə tapşırılıb. 50 yaşlı mütəxəssislə mövsümün sonuna kimi müqavilə imzalanıb.

O, bu postda oktyabrın 19-da istefaya göndərilən Ahmet Taşyüreki əvəzləyib.

Qeyd edək ki, "Boluspor" 6 turdan sonra I Liqada 2 xal toplaya bilib. Hazırda 18-ci pillədə qərarlaşan komanda son oyunda "Balıkesirspor"la qolsuz heç-heçə edib.

Son xəbərlər

Orphus sistemi