Araz Abdullayev Rumıniyanın "Astra" klubuna keçib - RƏSMİ

Araz Abdullayev Rumıniyanın "Astra" klubuna keçib - RƏSMİ Futbolçunun özü hazırda San Marino ilə oyunu düşündüyünü deyir
Futbol
226
31 Avqust , 2016 17:40
Araz Abdullayev Rumıniyanın Astra klubuna keçib - RƏSMİ

Buxarest. 31 avqust. REPORT.AZ/ Azərbaycan millisinin və "Neftçi"nin futbolçusu Araz Abdullayev Rumıniyanın "Astra" klubuna keçib. Bu barədə "Report"un Şərqi Avropa bürosuna klubun mətbuat xidmətinin rəhbəri Marian Dima məlumat verib.

Onun sözlərinə görə, artıq iki klub arasında razılaşma əldə olunub: "Neftçi" ilə razılaşmışıq. Hazırda Araz milli komandanınm düşərgəsindədir və San Marino yığması ilə oyuna hazırlaşırlar. O, millinin düşərgəsindən qayıtdıqdan sonra münasibətlər rəsmiləşdiriləcək".

A.Abdullayev isə "Report"a açıqlamasında hazırda bütün diqqətini milli komandaya yönəltdiyini bildirib: "Qarşıda DÇ-2018-in seçmə mərhələsində San Marino ilə səfər oyunumuz var. Bu oyundan qayıtdıqdan sonra hansısa məsələ haqda danışmaq olar".

Qeyd edək ki, Curcu şəhərini təmsil edən "Astra" klubu ötən mövsüm Rumıniya çempionatının qalibi olub. Klub Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazanıb. Rumıniyada yay "transfer pəncərəsi" sentyabrın 5-də bağlanır. 

Son xəbərlər

Orphus sistemi