Araz Abdullayev: "Buna görə çox təəssüflənirik"

Araz Abdullayev: "Buna görə çox təəssüflənirik" Son anda qol vursaq da, referi saymadı. Buna görə çox təəssüflənirik. Bu gün bir xala layiq idik.
Futbol
14 Oktyabr , 2019 00:01
Araz Abdullayev: Buna görə çox təəssüflənirik

"Son anda qol vursaq da, referi saymadı. Buna görə çox təəssüflənirik. Bu gün bir xala layiq idik".

Bunu "Report"un Budapeştə ezam olunmuş əməkdaşına Azərbaycan millisinin futbolçusu Araz Abdullayev Macarıstan yığmasına 0:1 hesabı ilə uduzduqları AVRO-2020-nin seçmə qrup matçını şərh edərkən deyib.

27 yaşlı yarımmüdafiəçinin sözlərinə görə, hollandiyalı baş hakimi Dennis Yohan Hiqler oyundan sonra milli üzvlərindən üzr istəyib: "Hakim oyundan sonra dedi ki, qolunuzu saymadığımız görə üzr istəyirik. Öz oyunum haqda danışmağı xoşlamıram. Çalışdım ki, komandaya kömək edəm. Hesabda geri idik. Görüş sona yaxınlaşdıqca istər-istəməz daha çox hücüm etməyə başlayırsan. Çünki itirəcəyin heç nə olmur. Fikrimcə, baş məşqçi əvəzetmələrdə hücumameyilli futbolçuları meydana buraxdı və həmlələrimiz kəsərli oldu".

Qarşılaşmanın 90+3-cü dəqiqəsində Bəhlul Mustafazadə rəqib qapısına yol tapsa da, referi yanlışlıqla onun əllə oynadığını əsas gətirərək təmiz qolu saymayıb. Həmin epizodda topu cərimə zərbəsindən ötürən Abdullayev baş verənləri belə təsvir edib:

"Cərimə meydançasında təhlükənin ən çox olduğu nöqtələr var. Həmin epizodda fikrim topu cərimə zərbəsindən ora ötürmək idi. Şəhriyar Rəhimovun baş zərbəsi qol olsaydı, hakim sayacaqdı. Həmin məqamda Bəhlulun əli bir qədər açıq idi. Ancaq yan xətt hakimi hər şeyi görürdü. Nə baş verdiyini başa düşmədik. Hamımız elə bildik ki, qoldur. Ancaq sonradan qeydə alınmadı".

Son xəbərlər

Orphus sistemi