Araz Abdullayev: "Azərbaycanlıları qürürlandırmaq istəyirəm"

Araz Abdullayev: "Azərbaycanlıları qürürlandırmaq istəyirəm" Bakı. 22 mart. REPORT.AZ/ Qurban müəllimin rəhbərliyi altında taktiki çalışmalara üstünlük veririk. İstəyirik ki, komanda çox yüklənməsin. Elə məşq etmək istəyirik ki, oyunda nə edəcəyimizi bilək.
Futbol
23 Mart , 2018 02:13
Araz Abdullayev: Azərbaycanlıları qürürlandırmaq istəyirəm

Bakı. 22 mart. REPORT.AZ/ "Qurban müəllimin rəhbərliyi altında taktiki çalışmalara üstünlük veririk. İstəyirik ki, komanda çox yüklənməsin. Elə məşq etmək istəyirik ki, oyunda nə edəcəyimizi bilək."

"Report" xəbər verir ki, bunu Azərbaycan millisinin və Kiprin "Anartosis" klubunun futbolçusu Araz Abdullayev Belarus yığması ilə yoldaşlıq görüşü ərəfəsində keçirdiyi brifinqdə deyib. 

O, jurnalistlərin digər suallarını da cavablandırıb...

- Sabahkı oyun və rəqib haqqında nə düşünürsən?

- Rəqib yaxşı komandadır. Bizə layiqli rəqibdir. Çalışacağıq ki, Azərbaycan xalqına gözəl oyun nümayiş etdirək. Birinci məqsədimiz budur. Sonra isə əlimizdən gələn qədər yaxşı nəticə qazanmaq niyyətindəyik.

- Kipr mətbuatında sənin 150 min avroya "Anartosis”ə transfer olacağınla bağlı xəbərlər yayılıb. Bu an klubla durumun necədir?

- İndi milli komandadayıq. Bütün diqqətimi bura yönəltmişəm. Bu barədə düşünmürəm. Qarşımızda iki oyun var. İki oyunu oynayaq, yaxşı nəticə qazanandan sonra bu barədə danışmaq olar.

- Zədədən sonra formanı bərpa edə bilirsənmi?

- Çalışıram. Əlavə məşqlər də edirəm. Bu iki oyunda çalışacam ki, daha da qabağa gedim.

- Oyunlarına baxırıq. Ümumiyyətlə xaricdə yaşamaq, başqa çempionatda çıxış etmək futbolçu kimi sənə nə verib?

- Xaricdə oynayanda, milli komandaya gələndə özünəinam daha da artır. Azərbaycanlıları qürürlandırmaq istəyirəm. Yaxşı oyun oynamaq, qol vurmaqla yadda qalmaq istəyirəm.

- Çox məşqçilərlə işləmisən. Onların Qurban Qurbanovla fərqi nədir?

- Qurban müəllim hər şeyi daha sakit başa salır. Taktiki gedişlərlə bağlı söhbət edir. Qurban müəllimlə daha əvvəl çalışmamışam. Şəxsi tanışlığım da yox idi. Tanıdıqdan sonra bu insane hörmətim daha da artdı.

- Qurban müəllimə fərdi söhbətiniz olub? Xaricdə oynamağın və geri dönməyinlə bağlı…

- Ancaq oyunla bağlı danışırıq. Necə oynamalıyıqsa onu izah edir.

Orphus sistemi