Araz Abdullayev: "Arsenal"la oyunda müsbət nəticə üçün çalışacağıq"

Araz Abdullayev: "Arsenal"la oyunda müsbət nəticə üçün çalışacağıq" Bakı. 30 sentyabr. REPORT.AZ/ Qarabağın futbolçusu Araz Abdullayev səfərdə Sabah komandasına 2:0 hesabı ilə qalib gəldikləri Azərbaycan Premyer Liqasının VI tur oyunundan sonra brifinq keçirib.
Futbol
30 Sentyabr , 2018 02:17
Araz Abdullayev: Arsenalla oyunda müsbət nəticə üçün çalışacağıq

Bakı. 30 sentyabr. REPORT.AZ/ "Qarabağ"ın futbolçusu Araz Abdullayev səfərdə "Sabah" komandasına 2:0 hesabı ilə qalib gəldikləri Azərbaycan Premyer Liqasının VI tur oyunundan sonra brifinq keçirib.

"Report" xəbər verir ki, təcrübəli yarımmüdafiəçi öncə görüş barədə fikirlərini bölüşüb:

- Ağır oyun oldu. İkinci hissənin sonlarına yaxın qələbə qollarını vurduq. "Sabah" yaxşı komandadır. Çox yaxşı mübarizə apardılar. Qələbə qazandığımız üçün sevinirik.

- Bu oyunda fərqli mövqedə - mərkəz hücumçusi kimi çıxış etdiniz. Növbəti görüşlərdə də bunu görə biləcəyik, yoxsa bu, bir oyunluq sınaq idi?

- Baş məşqçi məni hansı mövqedə oynadırsa, orada komandama kömək etməyə çalışıram. Yad mövqe olsa da, özümü doğrultmağa çalışıram.

- Sentyabrda hazır olmadığınız üçün milliyə dəvət almamışdınız. İndi özünüzü hazır hiss edirsiniz?

- Özümü oyundan-oyuna daha yaxşı hiss edirəm.

- Qarşıda sizi "Arsenal"la Avropa Liqasının oyunu gözləyir. Fikirləriniz necədir?

- "Arsenal" güclü komandadır. Bizi çətin oyun gözləyir. Öz meydanımızda çıxış edirik, xalqımıza yaxşı oyun göstərmək istəyirik. Müsbət nəticə qazanmaq üçün əlimizdən gələni edəcəyik.

- "Arsenal" ardıcıl 7 oyundur ki, qələbə qazanır. Bu, sizi qorxurtmur?

- Biz də bir neçə oyundur ki, qələbə qazanırıq. Avroliqada da çalışacağıq ki, əlimizdən gələni edib, yaxşı nəticə qazanaq.

- "Qarabağ"ın düşərgəsində bu oyuna necə yanaşırlar: 1 xal qazanmaq sizin üçün uğurdur, yoxsa əsas məqsəd qrupdan çıxmaqdır?

- Hamı istəyir ki, maksimum nəticə qazanaq. Qrupdan çıxmaq arzusundayıq. Ancaq elə matç olur ki, yaxşı oyun göstərib sonda məğlub olursan və ya pis oynayıb qələbə qazanırsan.

Son xəbərlər

Orphus sistemi