Aqueronun dublu "Mançester Siti"yə "Bornmut" üzərində qələbə qazandırıb

Aqueronun dublu "Mançester Siti"yə "Bornmut" üzərində qələbə qazandırıb Mançester Siti futbol üzrə İngiltərə Premyer Liqasının üçüncü turunun matçında Bornmuta qalib gəlib.
Futbol
25 Avqust , 2019 19:08
Aqueronun dublu Mançester Sitiyə Bornmut üzərində qələbə qazandırıb

"Mançester Siti" futbol üzrə İngiltərə Premyer Liqasının üçüncü turunun matçında "Bornmut"a qalib gəlib.

"Report" xəbər verir ki, Bornmutda keçirilən qarşılaşma qonaqların 3:1 hesablı qələbəsi ilə başa çatıb.

Qaliblərin heyətində Serxio Aquero dubl edib, həmçinin Rahim Sterlinq fərqlənib. Meydan sahiblərinin yeganə qolunu Harri Uilson vurub.

"Mançester Siti" növbəti turda "Brayton end Houv Albion"u qəbul edəcək. "Bornmut" "Lester"lə qarşılaşacaq.

Orphus sistemi