Aqil Abbas: "Əvəzedici komandalar I Divizionda oynamamalıdır"

Aqil Abbas: "Əvəzedici komandalar I Divizionda oynamamalıdır" "Premyer Liqa təmsilçilərinin əvəzedici komandaları I Divizionda oynamamalıdır".
Futbol
4 May , 2022 18:18
Aqil Abbas: Əvəzedici komandalar I Divizionda oynamamalıdır

"Premyer Liqa təmsilçilərinin əvəzedici komandaları I Divizionda oynamamalıdır".

"Report"un məlumatına görə, bunu jurnalistlərə müsahibəsində Millət vəkili Aqil Abbas deyib.

O bildirib ki, onların əvvəlkitək öz yarışı keçirilməlidir: "Əvvəl futbolçular əvəzedici heyətdə oynayıb özünü göstərəndən sonra əsas komandaya gətirilirdilər. İndi isə başlı-başına buraxıblar. Belə olmaz. Bir ara əsas və əvəzedici komandanın xalları toplandıqdan sonra çempion bəlli olurdu. Sonra ləğv olundu. Əslində bu da düz deyildi. Əvəzedici kollektiv əsas komandaya dəstək olmalıdır. Yəqin, AFFA bunu nəzərə alar".

Aqil Abbas Region Liqası barədə də fikirlərini bölüşüb: "Region Liqasında nə var? O gün də dava düşdü. Həvəskar çempionatdır, zəif keçir. Orada futbolçu yetişmir".

Aqil Abbasın müsahibəsinin tam versiyasını buradan oxuya bilərsiniz.

Son xəbərlər

Orphus sistemi