APOEL klubu "Qarabağ"la oyuna azarkeş marağının azlığından məyus olub

APOEL klubu "Qarabağ"la oyuna azarkeş marağının azlığından məyus olub Kiprdə APOEL və Qarabağ arasında keçiriləcək UEFA Avropa Liqasının qrup mərhələsinin IV tur matçına maraq aşağı səviyyədədir.
Futbol
6 Noyabr , 2019 12:31
APOEL klubu Qarabağla oyuna azarkeş marağının azlığından məyus olub

Kiprdə APOEL və "Qarabağ" arasında keçiriləcək UEFA Avropa Liqasının qrup mərhələsinin IV tur matçına maraq aşağı səviyyədədir.

"Report"un balla.com saytına istinadən verdiyi məlumata görə, oyun üçün biletlərin satışı qənaətbəxş deyil. Bildirilir ki, hər zaman azarkeşlərinə güvənən Nikosiya təmsilçisi bu durumdan məyus olub.

Nəşrdə həmçinin qeyd olunub ki, həlledici görüşdə "GSP Arena"nın "qaynayacağı" ehtimal olunsa da, bu baş verməyəcək.

Qeyd edək ki, noyabrın 7-də keçiriləcək matç Bakı vaxtı ilə saat 21:55-də başlanacaq. Oyun 1/16 finala vəsiqə baxımından hər iki komanda üçün böyük əhəmiyyətə malik olacaq. Hazırda "Qarabağ" A qrupunda 4 xalla 2-ci, APOEL 1 xalla sonuncu pillədə qərarlaşıb. Nikosiyadakı "GSP Arena" 22 min 819 azarkeş tutumuna malikdir.  

Son xəbərlər

Orphus sistemi