APOEL "Qarabağ"a qol vuran futbolçusunu Bakıya gətirmir

APOEL "Qarabağ"a qol vuran futbolçusunu Bakıya gətirmir Bu gün Kipr APOEL-i oktyabrın 24-də keçirəcəyi avrokubok qarşılaşmaları üçün Azərbaycana iki komanda ilə səfərə çıxacaq.
Futbol
23 Oktyabr , 2019 10:18
APOEL Qarabağa qol vuran futbolçusunu Bakıya gətirmir

Bu gün Kipr APOEL-i oktyabrın 24-də keçirəcəyi avrokubok qarşılaşmaları üçün Azərbaycana iki komanda ilə səfərə çıxacaq.

"Report"un məlumatına görə, Bakı vaxtı ilə saat 11:00-da uçuşa başlayacaq çarter reysli təyyarədə klubun əsas və U-19 kollektivləri yer alacaq. Onlardan birincisi Tofiq Bəhramov adına Respublika stadionunda "Qarabağ"ın qonağı olacaq. Avropa Liqasının qrup mərhələsinin III tur matçı üçün Bakıya Tomas De Vinsentidən başqa bütün futbolçular gələcəklər. 

De Vinsenti Çempionlar Liqasının III təsnifat mərhələsinin cavab görüşündə (2:0) Ağdam komandasının qapısına ilk qolu vurmuşdu. O, həmin qola 34-cü dəqiqədə penaltidən imza atmışdı. 

APOEL-in U-19 komandası isə "Qəbələ" ilə UEFA Gənclər Liqasının ilkin mərhələsinin cavab görüşündə üz-üzə gələcək. Matç Qəbələ şəhər stadionunda keçiriləcək. İlk matç 1:1 hesablı heç-heçə ilə yekunlaşıb.

Qeyd edək ki, "Qəbələ" ilə oyun saat 14:00-da, "Qarabağ"la qarşılaşma isə saat 20:55-də başlayacaq.

Son xəbərlər

Orphus sistemi