APOEL-in "Qarabağ"la oyun üçün "18-liy"i açıqlanıb

APOEL-in "Qarabağ"la oyun üçün "18-liy"i açıqlanıb Kiprin APOEL komandasının baş məşqçisi Tomas Doll UEFA Avropa Liqasının qrup mərhələsinin IV turunda evdə “Qarabağ”a qarşı keçirəcəkləri oyun üçün “18-liy”i açıqlayıb.
Futbol
7 Noyabr , 2019 10:17
APOEL-in Qarabağla oyun üçün 18-liyi açıqlanıb

Kiprin APOEL komandasının baş məşqçisi Tomas Doll UEFA Avropa Liqasının qrup mərhələsinin IV turunda evdə “Qarabağ”a qarşı keçirəcəkləri oyun üçün “18-liy”i açıqlayıb.

“Report” xəbər verir ki, zədəli yarımmüdafiəçilər - argentinalı Tomas de Vinsenti və xorvatiyalı Antonio Yakoliş matçı buraxacaqlar. Əvəzində bərpa olunan sloveniyalı hücumçu Roman Bezyak heyətə düşüb.

Qapıçılar: 27. Vid Belets, 99. Boy Vaterman

Müdafiəçilər: 23. Joaozinyo, 29. Praksitelis Vuros, 30. Giorqos Merkis, 44. Nikolas Yannu, 90. Vuyadin Saviç, 91. Draqan Mixayloviç

Yarımmüdafiəçilər: 6. Savvas Gentsoğlu, 7. Georgios Efrem, 8. Lukas Souza, 11. Musa əl-Tamari, 14. Uroş Matiç, 46. Efstatios Aloneftis, 95. Alef

Hücumçular: 9. Linus Hallenius, 20. Andriya Pavloviç, 89. Roman Bezyak

Qeyd edək ki, bu gün keçiriləcək APOEL – “Qarabağ” matçı Bakı vaxtı ilə 21:55-də başlayacaq.

Son xəbərlər

Orphus sistemi