APOEL-in kapitanı: “Qarabağ” çox yaxşı komandadır”

APOEL-in kapitanı: “Qarabağ” çox yaxşı komandadır” “İkinci hissəni çox yaxşı keçirdik. Uşaqları təbrik edirəm. Oyunun növbəti mərhələyə keçmək baxımından nə qədər əhəmiyyətli olduğunu bilirdik. Ancaq hələ heç nə bitməyib”.
Futbol
8 Noyabr , 2019 10:20
APOEL-in kapitanı: “Qarabağ” çox yaxşı komandadır”

“İkinci hissəni çox yaxşı keçirdik. Uşaqları təbrik edirəm. Oyunun növbəti mərhələyə keçmək baxımından nə qədər əhəmiyyətli olduğunu bilirdik. Ancaq hələ heç nə bitməyib”.

“Report”un məlumatına görə, bunu Kiprin APOEL komandasının kapitanı Nikolas Yannu UEFA Avropa Liqasının qrup mərhələsinin IV turunda evdə “Qarabağ”ı 2:1 hesabı ilə məğlub etdikləri oyundan sonra söyləyib.

24 yaşlı müdafiəçi əsas hədəflərinin Lüksemburqda “Düdelanj”ı məğlub etməkdən ibarət olduğunu bildirib: “Qarabağ” çox yaxşı komandadır, işimizi çətinləşdirirdilər. Bu rəqiblə cari avrokubok mövsümündə keçirdiyimiz 4 oyunun hamısında şanlar 50/50 idi. Ancaq biz qələbəyə və növbəti raunda vəsiqəyə layiq olduğumuzu nümayiş etdirdik. “Düdelanj” Avropa Liqasında təsadüfən olmadığını göstərib. Bu rəqibə səfərdə qalib gəlmək üçün tam şəkildə köklənməliyik”.

Qeyd edək ki, 12 xalla A qrupunun lideri olan İspaniyanın “Sevilya” komandası 1/16 finala vəsiqəni erkən təmin edib. APOEL və “Qarabağ” 4 xalla növbəti iki pilləni bölüşürlər. Son sıradakı Lüksemburq “Düdelanj”ının 3 xalı var. Noyabrın 28-də “Sevilya”nın qonağı olacaq "Qarabağ" dekabrın 12-də “Düdelanj”ı qəbul edəcək. 

Son xəbərlər

Orphus sistemi