APOEL "Qarabağ"la oyuna gəlmək istəyən azarkeşləri üçün xüsusi təyyarə təşkil edib

APOEL "Qarabağ"la oyuna gəlmək istəyən azarkeşləri üçün xüsusi təyyarə təşkil edib Kiprin APOEL klubu Qarabağla Çempionlar Liqasının III təsnifat mərhələsinin cavab oyununa gəlmək istəyən azarkeşləri üçün xüsusi təyyarə təşkil edəcək.
Futbol
3 Avqust , 2019 09:35
APOEL Qarabağla oyuna gəlmək istəyən azarkeşləri üçün xüsusi təyyarə təşkil edib

Kiprin APOEL klubu "Qarabağ"la Çempionlar Liqasının III təsnifat mərhələsinin cavab oyununa gəlmək istəyən azarkeşləri üçün xüsusi təyyarə təşkil edəcək.

"Report"un klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, çarter reysli təyyarə Larnakadan Bakıya avqustun 11-də axşam saatlarında uçacaq və oyundan dərhal sonra geri qayıdacaq. Onlar "Hyatt Regency" otelində yerləşdiriləcəklər. Səfər hər bir azarkeşə viza, səhər yeməyi və transfer xərcləri daxil olmaqla 570 - 800 avroya başa gələcək. Bura bilet xərcləri aid deyil.

Qeyd edək ki, APOEL "Qarabağ"la ilk oyununu avqustun 6-da Nikosiyada, cavab görüşünü isə avqustun 13-də Bakıda keçirəcək. 

Son xəbərlər

Orphus sistemi